Cüdoçularımız Avropa kuboku yarışında 1 gümüş, 1 bürünc medal qazanıblar

Tokio, 28 iyun , /AJMEDIA/

Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.
AJMEDIA xəbər verir ki, Azərbaycan komandası yarışda 1 gümüş, 1 bürünc medal qazanıb. Belə ki, gümüş medalı komandamızın aktivinə 48 kiloqram çəki dərəcəsində Könül Əliyeva yazdırıb. Yığmamızın digər üzvü Aytac Qardaşxanlı (63 kq) isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan turnirdə 7 idmançı ilə təmsil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts