COP29 ərəfəsində BANM-də keçiriləcək müsabiqənin təqdimatı olub

Tokio, 9 noyabr, /AJMEDIA/

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) COP29 çərçivəsində “Enerji keçidi: Bəşəriyyətin gələcəyi üçün yeni paradiqma” mövzusunda təqdimat keçirilib.

BANM-dən AJMEDIA-ya bildirilib ki, tədbirdə “Maire Group”un nümayəndələri, COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova, İtaliyanın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Rektor Elmar Qasımov və Leyla Həsənova çıxış edərək COP29-un əhəmiyyəti, enerji keçidinin vacibliyi və bu sahədəki yeniliklərin önəmindən bəhs ediblər. Çöxışlarda ekoloji təşəbbüslərin inkişafında və müasir enerji həllərinin tətbiqində “Maire Group” ilə əməkdaşlığın vacibliyi vurğulanıb.

“Maire Group”un Mərkəzi Asiya, Xəzər və Türkiyə regionu üzrə vitse-prezidenti Nikkolo Heilpern “Daha yaxşı enerji keçidi üçün həllər hansılardır?” mövzusunda keçiriləcək müsabiqə haqqında məlumat verib. Qeyd olunub ki, müsabiqədə BANM-in bütün tələbələri komanda şəklində iştirak edə biləcəklər. Qaliblərə pul mükafatı veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts