Conni Depp “Modigliani” filminin rejissorluğunu edəcək

Tokio, 16 avqust , /AJMEDIA/

Hollivud ulduzu Conni Depp son 25 ildə ilk dəfə “Modigliani” filminin rejissorluğunu edəcək.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, filmin prodüseri Al Paçino və Barri Navidi olacaq.
Ekran əsərində italyan rəssamı Amedeo Modiglianinin həyatından bəhs olunacaq. Film Dennis Makintayranın pyesi əsasında çəkiləcək. Hadisələr 1916-cı ildə Parisdə cərəyan edəcək.
Qeyd edək ki, “Modigliani” filminin çəkilişləri 2023-cü ilin yazında Avropada başlayacaq. Həmçinin yaxın vaxtlarda ekran əsərində əsas rolların ifaçılarının da adları açıqlanacağı gözlənilir.
Hollivud ulduzu Conni Deppin rejissor kimi ilk və yeganə tammetrajlı filmi 1997-ci ildə çəkdiyi “Cəsur” adlı ekran əsəri olub. Həmin filmdə o, həmçinin Marlon Brando ilə birlikdə çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts