Coğrafiyaçı alimin məqaləsində Qarabağın torpaq örtüyü təhlil edilib

Tokio, 11 yanvar, /AJMEDIA/

AJMEDIA xəbər verir ki, AMEA-nın “Həyat elmləri və biotibb” jurnalında Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun məqaləsi nəşr edilib.

“Qarabağ iqtisadi rayonunun torpaq örtüyü və torpaqdan istifadədə dəyişikliklərin Ağdam rayonu daxilində peyk şəkillərinin obyekt yönümlü təhlili əsasında xəritələşdirilməsi” (“Mapping of LC/LU changes inside the Aghdam district of the Karabakh economics region applying object-based satellite image analysis”) adlı məqalədə bildirilir ki, 2016-2021-ci illərdə Ağdam rayonunun torpaq örtüyündə nəzərəçarpacaq dəyişikliklər baş verib: bitki örtüyü əhəmiyyətli dərəcədə azalıb (10,2%), kənd təsərrüfatı üçün yararsız sahələr artıb (11,8%). Ən yaxın qonşu təsnifatı metodu (NNC) əsasında torpaqdan istifadə üzrə bir sıra neqativ dəyişikliklər aşkar edilib: meşə və otlaq sahələri 9,8% azalıb, deqradasiya olunmuş torpaq sahələri 35%-ə qədər, qeyri-münbit torpaq sahələri isə 4,4%-ə qədər artıb.

Alim bildirib ki, işğaldan azad edilmiş rayonların hazırkı vəziyyətinin hərtərəfli analizi və xəritələşdirilməsi coğrafiyaçıların, ekoloqların və uzaqdan idarəetmə mütəxəssislərinin ən təxirəsalınmaz vəzifəsinə çevrilməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts