Coğrafiya İnstitutunun əməkdaşları Beynəlxalq CİS Gününə həsr olunan vebinarda çıxış edəcəklər

Tokio, 13 Noyabr, /AJMEDIA/

Noyabrın 17-də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri (CİS) Günü münasibətilə vebinar keçiriləcək. Təbriz Universitetinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə İran, Türkiyə, Azərbaycan, İraq, Almaniya və Pakistanın CİS üzrə alim və mütəxəssislərinin məruzələri dinləniləcək. Azərbaycan bu beynəlxalq tədbirə ilk dəfə qoşulacaq. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iki əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktorları Elnur Səfərov və Samirə Abuşova tədbirdə məruzə ilə çıxış edəcəklər.

Coğrafiya İnstitutundan AJMEDIA-ya bildirilib ki, vebinarda “Mədəni irsin sənədləşdirilməsində quru səthin lazerlə skan olunması”, “CİS-də ekogeomorfoloji dəyərləndirmə”, “Ətraf mühit mühəndisliyində RS və CİS tətbiqləri”, “RS və CİS-in köməyilə pambıq becərilməsində torpağın qiymətləndirilməsi”, “CİS-in tətbiqi ilə səth sularının tədqiqi”, “Fəlakətlərə qarşı dözümlüyün məsafədən zondlanması”, “Təbii fəlakətlərin idarə edilməsində CİS-dən istifadə” mövzularda məruzələr dinləniləcək.

Tədbirə qoşulmaq istəyənlər Coğrafiya İnstitutunun saytında yerləşdirilmiş linkdən istifadə edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts