Çinin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirinə etiraz edib

Tokio, 22 may , /AJMEDIA/

Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səfirinə G7 sammitində ölkəsini təhqir etdiyinə görə etiraz edib.
AJMEDIA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi saytında məlumat yayıb.
Məlumatda bildirilir ki, Yaponiya digər ölkələrlə birlikdə Xirosimada keçirilən G7 tədbirlərində, eləcə də G7-nin birgə bəyanatında Çinə böhtanlar yağdırıb. Çinin daxili işlərinə bu cür kobud müdaxilə ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirir. Bu baxımdan, Çin kəskin narazılığını və kəskin etirazını bildirir.
Həmçinin vurğulanır ki, Tayvan, Honq-Konq və Tibet Muxtar Bölgələri ilə bağlı məsələlər Çinin daxili işidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts