“Cindy oh Cindy” mahnısının müəllifi vəfat edib

Tokio, 7 avqust , /AJMEDIA/

Məşhur alman müğənnisi, aktrisa Marqo Eskens 82 yaşında vəfat edib.
AJMEDIA xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin ölüm səbəbi məlum deyil.
Marqo Eskensin ən böyük uğuru 1957-ci ildə “Cindy oh Cindy” mahnısı olub. Müğənni 25 həftə ərzində Almaniyanın ilk onluğundan düşməyib.
Xatırladaq ki, Marqo Eskens 1966-cı ildə Almaniyanı Lüksemburq şəhərində təşkil olunan “Avroviziya” mahnı müsabiqəsində təmsil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts