Çində yeni Baş nazir təyin edildi

Tokio, 11 mart , /AJMEDIA/

Ümumçin Xalq Nümayəndələri Yığıncağının deputatları Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Li Çyanın Dövlət Şurasının baş naziri təyin edilməsini təsdiqləyiblər.

AJMEDIA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, onun namizədliyi bir gün əvvəl, martın 10-da yenidən ÇXR Prezidenti vəzifəsinə seçilən Si Cinpin tərəfindən irəli sürülüb.

Belə ki, Li Çyan iki müddət beş il baş nazir vəzifəsini icra edən Li Keçyanı əvəz edəcək.

Qeyd edək ki, 63 yaşlı Li Çyan 2022-ci ilin oktyabrında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinə üzv olub. 30 ilə yaxındır ki, o, Ali Xalq Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts