Çində şiddətli yağışlar kurort zonasında 7 nəfərin ölümünə səbəb olub

Tokio, 15 avqust , /AJMEDIA/

Çinin Siçuan vilayətində yağan şiddətli yağışların törətdiyi fəsadlar 7 turistin ölümünə, 8 nəfərin xəsarət almasına səbəb olub.
AJMEDIA vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, avqustun 14-də güclü yağışın yağdığı Pencou şəhərində yerləşən Lonçao dərəsindəki kurortda dincələn yerli turistlər daşqın barədə xəbərdarlığa məhəl qoymayaraq ərazidən vaxtında uzaqlaşmayıblar. Nəticədə ani yaranan daşqında turistlərdən 4-ü hadisə yerində, 3-ü isə avqustun 15-də səhər xəstəxanada vəfat edib.
Mülki müdafiə qüvvələri hazırda ərazidə axtarış-xilasetmə işləri aparır. İşlərə 438 xilasedici və texnika cəlb olunub.
Qeyd edək ki, Lonçao dərəsində daşqın və palçıq axını tez-tez baş verir. 2015-ci və 2017-ci illərdə daşqınlar çay sahilində 100 metrlik bəndi dağıtmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts