Tokio, 21 dekabr , /AJMEDIA/
Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 135-ə yüksəlib.
AJMEDIA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Televiziya diqqətə çatdırıb ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, daha 22 nəfər qonşu Sinxay əyalətində ölüb. Əyalət fövqəladə hallar idarəsi bildirib ki, regionda 12 nəfər itkin düşüb.