Site icon AJMEDIA Azərbaycanca

Çində qatar relsdən çıxaraq aşıb: ölən və yaralananlar var

Tokio, 4 iyun , /AJMEDIA/

Çində sürətli qatarın relsdən çıxaraq aşması nəticəsində maşinist ölüb, bir bələdçi və 7 sərnişin xəsarət alıb.
AJMEDIA xəbər verir ki, bu barədə Çin dəmir yolları qurumu açıqlama yayıb. Quyyan şəhərindən Quancou şəhərinə gedən qatar yerli vaxtla saat 10:30-da Quycou vilayətinin Roncian rayonunda relsdən çıxıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Qatarda olan digər 136 sərnişin təxliyə edilib. Qəzaya palçıq axınının səbəb olduğu bildirilir

Exit mobile version