Çin lideri Si Cinpinin Qazaxıstana dövlət səfəri başlayıb

Tokio, 1 sentyabr , /AJMEDIA/

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin sentyabrın 14-də Qazaxıstana dövlət səfəri başlayıb.
AJMEDIA xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər Sədr Si Cinpinin pandemiya dövründə xaricə ilk səfəridir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən səfər zamanı liderlər Çin-Qazaxıstan hərtərəfli strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Danışıqların yekunu olaraq bir neçə sənəd imzalanacaq.
Qeyd edək ki, ÇXR Sədri Si Cinpin Qazaxıstandan sonra Özbəkistana səfər edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək dövlət başçıları zirvə görüşünə qatılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts