Site icon AJMEDIA Azərbaycanca

Çin aparatının eniş modulu Ayın Yerdən görünməyən üzündə eniş edib

Tokio, 2 iyun , /AJMEDIA/

Çinin “Çanqe-6” kosmik gəmisinin eniş modulu Ayın Yerdən görünməyən üzündə yerləşən Cənub qütbü – Eytken hövzəsində uğurla eniş edib.

AJMEDIA xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat verib.

“”Queqiao-2” retranslyator peykinin dəstəyi ilə “Çanqe-6″ eniş aparatı Cənubi Qütb-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş etdi”, – deyə bildirilib.

“Xinhua” agentliyi bildirib ki, iyunun 2-də səhər saatlarında “Çanqe-6” Ayın Yerdən görünməyən üzündə yerləşən təyin edilmiş eniş yerinə endi və “Ayın Yerdən görünməyən üzündə aparat tərəfindən həyata keçirilən ilk nümunə toplama missiyasına başladı.”

Exit mobile version