Site icon AJMEDIA Azərbaycanca

Çin 1995-2023-cü illərdə Azərbaycana 930,8 milyon dollar investisiya yatırıb

Tokio, 8 iyul , /AJMEDIA/

Çin 1995-2023-cü illər ərzində Azərbaycana 930,8 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda deyib.

O bildirib ki, bu məbləğin 754,1 milyon dolları neft-qaz, 176,7 milyon dolları isə qeyri-neft-qaz sektoruna qoyulub.

Exit mobile version