“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Oktyabrın 4-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin doqquzuncu turunun oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, son turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gələcək. Teymur Rəcəbov isə Fransa təmsilçisi Maksim Vaşe-Laqravla qarşılaşacaq.

Ötən turların nəticəsinə görə, T.Rəcəbov 24 xalla ikinci pillədədir. Ş.Məmmədyarov 9,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinə Maqnus Karlsen liderlik edir.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts