Tokio, 12 may, /AJMEDIA/
Mayın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.