Ceyhun Bayramov: Azərbaycan Ermənistanı münasibətlərin normallaşması və sülh sazişinin əldə olunması üçün lazımi addımlar atmağa çağırır

Tokio, 7 iyun , /AJMEDIA/

Azərbaycan həmişə bütün dövlətlərlə mehriban qonşuluq münasibətlərinin həyata keçirilməsinin tərəfdarı olub, lakin 1990-cı illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi üçün Ermənistan istisna olub. Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bu səbəbdən də işğal dövründə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar aparılmadı.
AJMEDIA xəbər verir ki, bu fikirləri Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.
Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistanın işğalına son qoyduğunu xatırladan nazir bundan qısa müddət sonra ölkəmizin keçmişdə baş verən hadisələri bir kənara qoyaraq Ermənistanı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin əldə olunması üçün lazımi addımlar atmağa çağırdığını deyib.
Təxminən bir ilə yaxındır ki, Ermənistandan bu çağırışa cavab gəlmədiyini bildirən Ceyhun Bayramov qeyd edib ki, buna baxmayaraq, Azərbaycan bu ilin əvvəlində iki ölkə arasında mümkün sülh sazişinin əsas prinsiplərini yazılı şəkildə İrəvan administrasiyasına çatdırıb.
Azərbaycanın bu addımının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və təşəbbüslərin sürətləndiyini deyən nazir xatırladıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında son iki ayda iki dəfə görüş baş tutub.
Bildirilib ki, Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişində yer alacaq məsələlər müzakirə olunub. Bundan əlavə, iki ölkə arasında nəqliyyatın açılması, sərhədlərin müəyyənləşdirilməsi komissiyalarının fəaliyyətə başlanması kimi məsələlər ətrafında da fikir mübadilələri aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts