Tokio, 26 iyul , /AJMEDIA/
Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlikləri rəhbərlərinin Moskvadakı üçtərəfli görüşündə bildirib.
Nazir qeyd edib ki, danışıqların nəticələri danışıqlar prosesinin özünün dinamikasından bir qədər aşağıdır. “Lakin müsbət nəticələrin olmadığını söyləmək düzgün olmazdı”, – deyə o əlavə edib.
Ceyhun Bayramov vurğulayıb ki, Moskvada keçirilən görüş zamanı tərəflər, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin maddələrini müzakirə edəcəklər.