Cenevrə Beynəlxalq Aeroportunda yanğın səbəbilə uçuşlar təxirə salınıb

Tokio, 21 may , /AJMEDIA/

Mayın 20-də Cenevrə Beynəlxalq Aeroportu yaxınlığında baş vermiş yanğın səbəbilə uçuşlar təxirə salınıb.
AJMEDIA xəbər verir ki, yanğın hava limanı yaxınlığında tikilən qaçqınların qəbul məntəqəsində baş verib. Yanğın nəticəsində qaz balonlarında partlayışlar baş verib. Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, ümumilikdə beş partlayış baş versə də, xəsarət alan olmayıb.
Binaların dam örtüyü üçün nəzərdə tutulmuş materialların yanması nəticəsində havaya qalxan qara tüstü hava limanı üzərində görüntünü çətinləşdirib. Bu səbəbdən hava limanına enişlər təxirə salınıb, təyyarələr digər hava limanlarına yönəldilib. Təyyarələrin startına isə pilotların fərdi qərarı ilə icazə verilir.
Axşam saatlarında təyyarələrin normal uçuş cədvəli yenidən bərpa olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts