Site icon AJMEDIA Azərbaycanca

Cenevrədə TRASEKA çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 14 dekabr , /AJMEDIA/

Cenevrədə İqtisadi Əməkdaşlıq Təşkilatı/Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (ECO/UNECE) Transxəzər dəhlizi və Almatı-İstanbul dəhlizi üzrə Koordinasiya Komitəsinin hibrid rejimində 4-cü sessiyası keçirilib.

AJMEDIA xəbər verir ki, nəqliyyat tendensiyaları və iqtisadiyyatı üzrə İşçi qrupun sədr müavini Burak Aykan və ECO Katibliyinin nəqliyyat departamentinin direktoru Əkbər Xodai sessiya iştirakçılarını salamlayıb, giriş nitqi söyləyiblər.

Daha sonra UNECE Katibliyinin nümayəndələri 2023-cü ilin iyulunda Bakıda keçirilmiş sonuncu sessiyadan sonra həyata keçirilən fəaliyyətin yekunlarına dair təqdimatlarla çıxış ediblər. İclasda Koordinasiya Komitəsinin üzvləri, o cümlədən Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təmsilçiləri, həmçinin tərəfdaş təşkilatlardan dəvət olunmuş nümayəndələr iştirak ediblər.

Gündəliyə uyğun olaraq, Koordinasiya Komitəsinin üzvləri – yuxarıda qeyd olunan ölkələrin dəmir yolu administrasiyalarının, gömrük, nəqliyyat nazirliklərinin nümayəndələri Koordinasiya Komitəsinin işinə dəstək məqsədilə son hadisələr və fəaliyyətlər haqqında yenilənmiş məlumatları iştirakçılarla bölüşüblər.

Sessiyada çıxış edən TRASEKA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin (PS IGC) Baş katibi Aset Asavbayev Daimi Katiblik tərəfindən elektron CIM/SMGS yük qaiməsinin sınaqdan keçirilməsi barədə məlumat verib, xüsusilə CIM/SMGS yük qaiməsinin istifadəsi və onun ardınca elektron analoqa keçid üzrə İşçi qrupunun növbəti iclasının keçirilməsi ilə bağlı görülən işləri (hüquqi və texniki aspektlərin müzakirəsi), dəmir yolu İT mütəxəssislərinin qeyri-rəsmi görüşünü (beş ölkə arasında məlumat mübadiləsinin cari vəziyyətinin müzakirəsi) qeyd edib.

Sessiya zamanı, həmçinin vahid dəmir yolu Qanununun qəbulu, TIR/eTIR və rəqəmsallaşmanın digər aspektləri ilə bağlı inkişaflar, onların Transxəzər dəhlizi və Almatı-İstanbul dəhlizi üçün aktuallığı barədə informasiya mübadiləsi aparılıb.

Exit mobile version