Çempionlar Liqası: “PSJ” “Yuventus”a qalib gəlib

Tokio, 7 sentyabr , /AJMEDIA/

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun daha 6 oyunu keçirilib.
AJMEDIA xəbər verir ki, gecənin əsas matçı Fransada “PSJ” və “Yuventus” arasında olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin F qrupunda “Leyptsiq” Almaniyada “Şaxtyor” (Donetsk) komandasına 1:4 hesabı ilə məğlub olub. Qrupun digər matçında turnirin son qalibi “Real Madrid” Şotlandiyada “Seltik” üzərində böyük hesablı qələbə qazanıb.
G qrupunda isə İngiltərənin “Mançester Siti” klubu İspaniyada “Sevilya”nı darmadağın edib.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
E qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) – 1:0
Qol: Mislav Orşiç, 13
“Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya) – 1:1
Qollar: Noa Okafor (28) – Aleksis Salemakers (40);
F qrupu
“Leyptsiq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:4
Qollar: Məhəmməd Simakan (57) – Maryan Şved (16, 58), Mixail Mudrik (76), Lassina Traore (85);
“Seltik” (Şotlandiya) – “Real Madrid” (İspaniya) – 0:3
Qollar: Vinisius Junior (56), Luka Modriç (60), Eden Azar (77);
G qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka) – 3:0
Qollar: Marko Roys (35), Rafael Gerreyro (42), Cud Bellingem (83);
“Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:4
Qollar: Erlinq Haaland (20, 67), Fil Foden (58), Ruben Diaş (90+2);
H qrupu
“PSJ” (Fransa) – “Yuventus” (İtaliya) – 2:1
Qollar: Kilian Mbappe (6, 22) – Ueston Makkenni (53);
“Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) – 2:0
Qollar: Rafa Silva (50), Alexandro Qrimaldo (54).

Follow us on social

Facebook Twitter Youtube

Related Posts