Tokio, 15 may, /AJMEDIA/
Yanvar-aprel aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 13 milyard 892,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 2,2 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 52,7 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,2 faiz azalaraq 7 milyard 324 milyon kubmetr təşkil edib.