Cahit Bağçı: Türkiyədən kənardakı vətəndaşlarımız artıq seçim edə bilərlər

Tokio, 3 may , /AJMEDIA/

Türkiyədəki prezident və parlament seçkiləri üçün ölkədən kənarda seçimlər başlayıb. Belə ki, Türkiyədən kənardakı vətəndaşlarımız artıq seçim edə bilərlər.
AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
O qeyd edib ki, 73 ölkədə 151 seçki məntəqəsi qurulub. Azərbaycanda Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi var.
“Türkiyədən kənarda yaşayan vətəndaşlarımız mayın 5-də səs verə biləcəklər. Belə ki, Azərbaycanda seçkilər cümə günü saat 09:00-dan axşam 21:00-a qədər Bakı, Naxçıvan və Gəncədə şəhərlərində aparılacaq”, – deyə diplomat əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts