Site icon AJMEDIA Azərbaycanca

Cahit Bağçı: Türkiyə xalqın birliyi sayəsində 15 iyul sınaqdan da üzüağ çıxdı

Tokio, 15 iyul , /AJMEDIA/

Türkiyədə dəfələrlə hərbi çevriliş cəhdləri olub. Amma 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdi digərlərindən fərqlənir.
AJMEDIA xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “15 İyul – Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.
Yeddi il bundan əvvəl baş verən hadisələr zamanı həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyən türk diplomat bildirib ki, o zaman Türkiyə xalqı FETÖ-nün xain hücumuna qarşı inadla mübarizə apararaq tarixə imza atıb.
Azərbaycan və Türkiyə bayraqlarının hər yerdə birgə dalğalanmasının önəmini qeyd edən Cahit Bağçı bu amilin qardaşlığımızın rəmzi olduğunu söyləyib.
Diplomat vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə türk xalq FETÖ-nün xain hücumunu dəf etməyi bacardı. Türkiyə xalqın birliyi sayəsində bu ağır sınaqdan da üzüağ çıxdı.
“Türkiyə qlobal problemlərin həllində fəal iştirak edir və haqsızlığı uğrayanlara öz dəstəyini göstərir”, – deyə bildirən səfir əlavə edib ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birini dəstəkləyəcək. Biz bizi istəməyənlərə qarşı gücümüzü birləşdirməkdə davam edəcəyik.

Exit mobile version