Cənubi və Şimali Koreyalar arasında əlaqə kanalları bərpa olunub

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Cənubi Koreya və KXDR oktyabrın 4-də səhər saatlarında rabitə kanalları vasitələrinin fəaliyyətini bərpa edib.

AJMEDIA Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat Koreya Respublikası Birləşmə Nazirliyi və hərbçilər tərəfindən təsdiqlənib.

Bir müddət öncə KXDR bazar ertəsi günü iki Koreya arasında bütün əlaqə kanallarının bərpa ediləcəyi barədə məlumat yaymışdı. Buna qədər isə Şimali Koreya lideri Kim Çen In oktyabrın əvvəlində əlaqə kanallarının bərpa edilə biləcəyini bəyan etmişdi.

Məlumata görə, tərəflər artıq hərbi rabitə xətti və Koreyalararası ofis vasitəsilə söhbət ediblər. Hərbi strukturlardakı mənbənin sözlərinə görə, KXDR qərb və şərq hərbi xətləri ilə edilən zənglərə cavab verib.

Qeyd edək ki, 2020-ci ilin yazında Cənubi koreyalı fəalların KXDR-ə təbliğat vərəqələri göndərməsi səbəbindən Koreyalararası münasibətlər gərginləşmişdi. 2020-ci il iyunun 9-da Pxenyan hərbi kanallar və iki ölkənin ali rəhbərliyi arasında xüsusi xətt də daxil olmaqla Cənubla bütün rabitə xətlərini tamamilə bağlamışdı.

Cari il iyul ayının sonunda tərəflər nəhayət ki, əlaqələri bərpa etmək barədə razılığa gəlmiş və Koreyalararası əlaqə kanallarının işi bərpa edilmişdi. Buna baxmayaraq, avqustun birinci yarısında Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimləri fonunda Şimali Koreya yenidən Seulla əlaqəni dayandırmış və 55 gün ərzində bu ölkədən edilən zənglərə cavab verməmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts