Cənubi Koreyada qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Tokio, 7 sentyabr , /AJMEDIA/

Koreya Respublikasında “Hinnamnor” qasırğası nəticəsində 10 nəfər ölüb, daha iki nəfər isə itkin düşüb.
AJMEDIA xəbər verir ki bu barədə Yonhap informasiya agentliyi Koreya Respublikasının Fövqəladə Hallarla Mübarizə və Təhlükəsizlik Tədbirləri üzrə Mərkəzi Qərargahına istinadla məlumat yayıb.
Phohan şəhəri təbii fəlakətdən ən çox zərər çəkən yaşayış məntəqəsidir. Şəhərdə yollar və binalar su altında qalıb, torpaq sürüşmələri qeydə alınıb. Cənubi Koreya prezidenti Phohan şəhərini xüsusi fəlakət zonası elan etmək niyyətindədir.
Koreya Meteorologiya Xidmətinin məlumatına görə, qasırğa çərşənbə axşamı günü səhər Koreya yarımadasının cənub hissəsinə çatıb və bir neçə saat sonra Yapon dənizinə doğru yönəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts