Cənubi Koreya, ABŞ və Yaponiya hərbi dəniz təlimləri keçirəcək

Tokio, 28 mart , /AJMEDIA/

Cənubi Koreya, ABŞ və Yaponiya hərbi dəniz təlimləri keçirəcək, təlimlərdə aviadaşıyıcı gəmi iştirak edəcək.

AJMEDIA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) 11-ci aviadaşıyıcı zərbə qrupunun komandiri Kristofer Suini (Christopher Sweeney) bildirib.

O qeyd edib ki, keçiriləcək təlimlər hərbçilər arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün çox mühümdür.

Təlimlərdə ABŞ HDQ məxsus “Nimitz” nüvə aviadaşıyıcı gəmi iştirak edəcək və bu səbəbdən bu gün gəmi Koreyanın Busan liman şəhərinə gəlib.

Xatırladaq ki, sonuncu dəfə ABŞ-ın “Ronald Reagan” aviadaşıyıcı gəmisinin iştirakı ilə birgə hərbi dəniz təlimləri ötən ilin oktyabrında, ondan əvvəl isə sentyabr ayında baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts