Cənub-Şərqi Asiyanın bir sıra ölkələri I rübdə ÜDM-də artım əldə ediblər

Tokio, 18 may , /AJMEDIA/

Cari ilin I rübündə koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin yumşaldılması Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində ümumi daxili məhsulun (ÜDM) artması ilə nəticələnib.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, bununla yanaşı Çində müşahidə edilən iqtisadi tənəzzül ciddi narahatlıq doğurur.
Qeyd edilir ki, hesabat dövründə Tailandda ÜDM artımı 2,2 faiz təşkil edib və bu göstərici iki rübdür artmaqda davam edir. Fevralda Tailandda əcnəbi turistlərlə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırıldıqdan sonra restoran və mehmanxana biznesi qısa müddətdə özünü bərpa edib.
Filippində iqtisadi fəaliyyətə məhdudiyyətlərin yumşaldılması nəticəsində bu göstərici 8,3 faiz, İndoneziya və Malayziyada isə 5 faiz təşkil edib.
Bununla yanaşı, Cənub-Şərqi Asiyanın əsas ölkələrinin Çin ilə iqtisadi bağlılığı burada karantin rejiminin davam etməsi səbəbindən müəyyən iqtisadi problemlər yaradacağı barədə ehtimallar doğurur. Belə ki, həmin problem Tailand batının və Filippin rinqitinin ABŞ dollarına nisbətdə enişinə səbəb olub.
Eyni zamanda, Ukraynada hələ də davam edən müharibəyə görə Cənub-Şərqi Aşıya ölkələrində inflyasiyanın artdığı da qeyd edilir. Bu müharibənin həmin regionda iqtisadi artıma mənfi təsir göstərəcəyi ehtimalı böyükdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts