Tokio, 15 aprel, /AJMEDIA/
Koreya Respublikasının və ABŞ-ın hərbi hava qüvvələri Birləşmiş Ştatların B-1B strateji bombardmançı təyyarəsinin iştirakı ilə təlimlər keçirib.
AJMEDIA xəbər verir ki, KBS telekanalı bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Birgə manevrlər Amerika bombardmançısının Koreya yarımadasında yerləşdirilməsi ilə bağlı baş tutub. Təlimlərə, həmçinin Cənubi Koreyanın F-16 və F-35A qırıcıları, ABŞ-ın isə F-16 qırıcıları cəlb olunub.
Manevrlər KXDR-də raket və nüvə proqramlarının inkişafı fonunda Koreya Respublikasının çəkindirici potensialını nümayiş etdirmək məqsədi daşıyıb.
Qeyd edək ki, fevralın 20-də B-1B bombardmançısının iştirakı ilə oxşar təlimlər baş tutmuşdu.