Site icon AJMEDIA Azərbaycanca

Cənubi Koreya müxalifətinin namizədi Li Çje Men prezident seçkilərində liderlik edir

Tokio, 03 iyun, /AJMEDIA/

Koreya Respublikasında keçirilən prezident seçkilərində aparıcı müxalif “Toburo” partiyasının sabiq sədri Li Çje Men öndədir.

AJMEDIA xəbər verir ki, MBC telekanalı bu barədə “exit-poll”un nəticələrinə istinadla məlumat yayıb.

Məlumata görə, prezident seçkilərində Li Çje Men 51,7 faiz, onun əsas rəqibi, hakim “Vətəndaş Gücü” partiyasının namizədi Kim Mun Su 39,3 faiz, Yeni İslahatlar Partiyasının namizədi Li Çjun Sok isə 7,7 faiz səs toplaya bilər.

Ölkə üzrə 325 seçki məntəqəsində keçirilən “exit-poll”da təxminən 80 min seçici iştirak edib. Sosioloji tədqiqat KBS, MBC və SBS telekanallarının sifarişi ilə “Hankook Research”, “Korea Research” və “Ipsos” kompaniyaları tərəfindən birgə keçirilib.

Qeyd edək ki, bundan öncə keçirilən sonuncu rəy sorğusunda Li Çje Men rəqibi Kim Mun Sunu təxminən 10 faiz üstələyib.

Exit mobile version