Site icon AJMEDIA Azərbaycanca

Cənubi Koreya İsraildən daha 163 vətəndaşını təxliyə edir

Tokio, 14 oktyabr , /AJMEDIA/

Koreya Respublikası Yaxın Şərqdəki silahlı toqquşmalarla əlaqədar İsraildən daha 163 vətəndaşını təxliyə edir.

AJMEDIA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təxliyəni həyata keçirən Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus nəqliyyat təyyarəsi artıq Təl-Əvivdən havaya qalxıb. Seul öz vətəndaşları ilə yanaşı, humanitar əməkdaşlıq çərçivəsində Yaponiyanın 51, Sinqapurun 6 vətəndaşını da İsraildən təxliyə edir.

Qeyd edək ki, münaqişə kəskinləşəndən sonra Cənubi Koreya oktyabrın 11-də 192 vətəndaşını İsraildən təxliyə etmişdi. Xarici İşlər Nazirliyi hazırda İsraildə təxminən 470 vətəndaşının olduğunu, daimi yaşayış icazəsi olanların bu ölkədə qalmağa qərar verdiklərini bildirib.

Münaqişə nəticəsində Cənubi Koreya vətəndaşları arasında həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Exit mobile version