Bu ölkələr hava qüvvələrini birləşdirir

Tokio, 25 mart , /AJMEDIA/

Danimarka, Norveç, Finlandiya və İsveç Hərbi Hava Qüvvələrinin komandanları hava hücumundan müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

AJMEDIA “Reuters”ə istinadən xəbər verir ki, onlar hava donanmasını birləşdirmək və ondan NATO-nun iş metodları əsasında birgə istifadə etmək niyyətindədirlər.

Danimarka Hərbi Hava Qüvvələrinin komandanı Yan Dam qeyd edib ki, bu ölkələrin donanması birlikdə böyük Avropa donanması ilə müqayisə edilə bilər.

Məlumata görə, Norveçdə 57 “F-16” və 37 “F-35”, Finlandiyada 62 “F/A-18 Hornet”, Danimarkada 58 “F-16”, İsveçdə 90 “Gripen” var. Bu təyyarələrin neçəsinin işlək olduğu məlum deyil.

Bundan əlavə, Norveç 15, Finlandiya 64, Danimarka is 27 “F-35” sifariş edib.

Qeyd edək ki, Finlandiya və İsveç hələ NATO-ya qəbul edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts