Bu ilin ilk yarısında Aralıq dənizində həlak olan və ya itkin düşən miqrantların sayı 1200 nəfəri ötüb

Tokio, 13 avqust , /AJMEDIA/

Bu ilin ilk yarısında Aralıq dənizində həlak olan və ya itkin düşən miqrantların sayı 1200 nəfərdən çox olub.
AJMEDIA xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) yayıb. Bundan əlavə, avqustun 10-da Yunanıstanın Rodos adasının cənubunda miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində onlarla insan itkin düşüb. 15 metr uzunluğunda qayıqdakı insanlardan 34 nəfəri xilas etmək mümkün olub.
Aralıq dənizi marşrutu beynəlxalq miqrasiya marşrutları içərisində ən təhlükəlisi hesab edilir. Şimali Afrikada çox zaman açıq dəniz üçün yararsız qayıqlarla Avropa istiqamətinə üz tutan miqrantların bir hissəsi həlak olur və ya itkin düşürlər. Hazırda Ukraynadakı hərbi vəziyyət nəticəsində “ənənəvi“ miqrasiya marşrutunu medianın diqqətindən kənara çıxarsa da, Aralıq hövzəsi ölkələri problemi daim diqqətdə saxlamağa çalışırlar.
Qeyd edək ki, rəsmi məlumatlara görə, ötən il Aralıq dənizini keçməyə çalışan 3007 miqrant həlak olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts