Bu ilin dörd ayında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 415 milyon dollara yaxın olub

Tokio, 19 may , /AJMEDIA/

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 415 milyon dollara yaxın olub.
AJMEDIA xəbər verir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 95 milyon 634 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 318 milyon 633 min dollar olub.
Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts