Site icon AJMEDIA Azərbaycanca

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi – SƏRƏNCAM

Tokio, 18 oktyabr , /AJMEDIA/

Prezident İlham Əliyev 2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

AJMEDIA xəbər verir ki, Sərəncama əsasən, 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

Exit mobile version