Site icon AJMEDIA Azərbaycanca

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi start götürür

Tokio, 21 noyabr , /AJMEDIA/

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Azərbaycan Boks Federasiyasından AJMEDIA-ya bildiriblər ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 66 komandanın 326 boksçusu qatılacaq.
Birincilikdə qaliblərin adına noyabrın 27-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.

Exit mobile version