Bu gün Ümumdünya Sümük İliyi Donoru Günüdür

Tokio, 17 sentyabr , /AJMEDIA/

Hər il sentyabr ayının üçüncü şənbə günü dünyada Sümük İliyi Donoru Günü kimi qeyd olunur.
AJMEDIA Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Sümük İliyi Donoru Günü bir çox ölkələrdə insanların həyatını xilas etmək üçün öz sümük iliyinin hüceyrələrini bağışlayan donorlara minnətdarlıq nümayiş olunur.
İlk dəfə bu günü 2015-ci ildə Avropanın 4 ölkəsi – İspaniya, İtaliya, Belçika və Fransa Ümumdünya Sümük İliyi Donorları Assosiasiyasının təşəbbüsü ilə qeyd edib. Assosiasiyanın məqsədi onkoloji, hematoloji və digər ağır xəstələrin probleminə cəmiyyətin diqqətini cəlb etmək, insanları maarifləndirmək olub. Sonradan bu təşəbbüs dünyanın bir çox ölkələrində dəstəklənib və bu gün 50-dən çox ölkədə qeyd olunur.
Sümük İliyi Donorları Registrində donorların məlumatları toplanır. Burada on minlərlə donorun genotipi haqqında məlumat yer alıb, onlar uyğun gələn xəstəyə öz sümük iliyi hüceyrələrini bağışlamağa hazırdırlar. Bununla yanaşı, bir çox ölkələrdə ilik bankları fəaliyyət göstərir.
Sümük iliyi donoru olmaq digər insanlara həyat bəxş edir. Toxuma qrupu antigenləri xəstə ilə uyğun olan hər bir sağlam şəxs donor ola bilər. Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca yüksəkdir. Adətən donor xəstənin bacı və ya qardaşı olur. Nadir hallarda valideynlər, övladlar və digər qohumların toxuma qrupu antigenlərinin uyğunluğunun olma ehtimalı var. Transplantasiya olunacaq xəstə ilə donorun qan qrupunun eyni olması vacib deyil, fərqli qan qrupuna malik şəxs xəstəyə donor ola bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts