Tokio, 08 iyun, /AJMEDIA/
Bu gün UEFA Millətlər Liqasında mükafatçılar bəlli olacaq.
AJMEDIA xəbər verir ki, əvvəlcə meydana üçüncü yer uğrunda mübarizə aparan Almaniya və Fransa yığmaları çıxacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Saat 23:00-da isə Münhendə final görüşü təşkil olunacaq. Portuqaliya və İspaniya komandaları öz aralarındakı oyunla qalibin adına aydınlıq gətirəcəklər.