Bu gün UEFA Konfrans Liqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşəcək

Tokio, 25 may , /AJMEDIA/

Bu gün UEFA Konfrans Liqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşəcək.
AJMEDIA xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gələcəklər.
“Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.
“Feyenoord”a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.
Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts