Site icon AJMEDIA Azərbaycanca

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin iştirakçıları müəyyənləşəcək

Tokio, 24 fevral, /AJMEDIA/

Fevralın 24-də UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo Zaqreb” komandası doğma meydanda İspaniyanın “Sevilya” klubunu qəbul edəcək. Zaqreb təmsilçisi səfərdəki ilk görüşdə 1:3 hesabı ilə məğlub olub.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada oynanılacaq. “Napoli” klubu İspaniyanın “Barselona” komandasını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Gecənin bütün görüşləri aşağıdakılardır:

“Dinamo Zaqreb” (Xorvatiya) – “Sevilya” (İspaniya) – ilk oyun – 1:3;

“Olimpiakos” (Yunanıstan) – “Atalanta” (İtaliya) – 1:2;

“Real Sosyedad” (İspaniya) – “Leyptsiq” (Almaniya) – 2:2;

“Latsio” (İtaliya) – “Portu” (Portuqaliya) – 1:2;

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) – 1:1;

“Qlazqo Reyncers” (Şotlandiya) – “Borussiya Dortmund” (Almaniya) – 4:2;

“Betis” (İspaniya) – “Zenit” (Rusiya) – 3:2;

“Braqa” (Portuqaliya) – “Şerif” (Moldova) – 0:2.

Exit mobile version