Bu gün UEFA Avropa Liqasında cavab oyunları keçiriləcək

Tokio, 11 avqust , /AJMEDIA/

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatacaq.
AJMEDIA xəbər verir ki, növbəti oyun günündə daha altı cavab qarşılaşması keçiriləcək.
Saat 20:00-da başlayacaq ilk oyun HİK (Helsinki, Finlandiya) və “Maribor” (Sloveniya) komandaları arasında təşkil olunacaq (ilk oyun – 2:0). Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olacaq. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanıblar. “Sürix” (İsveçrə) öz meydanında “Linfild”i (Şimali İrlandiya, ilk oyun – 2:0) qəbul edəcək. Hər iki görüş saat 21:00-da start götürəcək.
Günün saat 22:00-da başlayacaq digər oyununda “Düdelanj” (Lüksemburq) və “Malmö” (İsveç, ilk oyun – 0:3) klubları qarşılaşacaq. Bu oyundan yarım saat sonra “Slovan” (Bratislava, Slovakiya) və “Olimpiakos” (Yunanıstan, ilk oyun – 1:1) görüşü başlayacaq.
Saat 23:00-də start veriləcək “Partizan” (Serbiya) – AEK (Larnaka, Kipr, ilk oyun – 1:2) qarşılaşması ilə Avroliqanın ikinci oyun gününə yekun vurulacaq.
Qeyd edək ki, bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb. Qonaq komanda ilk matçı da qələbə ilə başa vurub – 3:1.
Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts