Bu gün “Qarabağ” klubu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq

Tokio, 8 sentyabr , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.
AJMEDIA xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağı olacaq. “Europa-Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü belçikalı baş hakim Erik Lambrexts idarə edəcək. Ona Jo de Veirdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.
VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaqlar.
Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.
“Qarabağ”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.
Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts