Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının qalibi müəyyənləşəcək

Tokio, 27 may , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının qalibi müəyyənləşəcək.
AJMEDIA xəbər verir ki, final oyununda Azərbaycan çempionu “Qarabağ”la bürünc mükafatçı “Zirə” üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. Bakı təmsilçisi Ağdam klubuna kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.
Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cü olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts