Bu gün futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq

Tokio, 2 aprel , /AJMEDIA/

Aprelin 2-də oynanılacaq iki qarşılaşma ilə futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq.
AJMEDIA xəbər verir ki, günün saat 15:30-da başlayacaq birinci görüşündə “Şamaxı” lider “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda oynanılacaq matçı Rauf Cabbarov idarə edəcək.
Tura saat 18:00-da başlayacaq “Sabah”-“Qəbələ” görüşü ilə yekun vurulacaq. Oyunu Cavid Cəlilov idarə edəcək. Komandalar “Bank Respublika Arena”da üz-üzə gələcəklər.
Xatırladaq ki, turun əvvəlki görüşlərində “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2, “Kəpəz” isə evdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Zirə” – “Neftçi” görüşündə qalib müəyyənləşməyib – 1:1.
Hazırda ölkə çempionatına keçirdiyi 27 oyunda 71 xal toplayan “Qarabağ” liderlik edir. “Sabah” klubu 62 xalla ikinci, “Neftçi” 57 xalla üçüncüdür. Aktivində 38 xal olan “Zirə” dördüncü, 36 xal yığan “Qəbələ” beşinci pillədə qərarlaşıb. Sonrakı yerləri “Turan Tovuz” (28 xal), “Kəpəz” (25), “Sumqayıt” (24), “Şamaxı” (20) və Səbail (18) tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts