Bu gün dünya çempionatının E və F qruplarında üçüncü tura yekun vurulacaq

Tokio, 1 dekabr , /AJMEDIA/

Bu gün Qətərdə futbol üzrə dünya çempionatının E və F qruplarında üçüncü tura yekun vurulacaq.
AJMEDIA xəbər verir ki, E qrupu çərçivəsində Kosta-Rika – Almaniya və Yaponiya – İspaniya oyunları keçiriləcək. “Əl Beyt” stadionunda oynanılacaq Kosta-Rika – Almaniya matçını fransız qadın FIFA referisi Stefani Frappar idarə edəcək. “Xəlifə” stadionunda keçiriləcək digər matç isə Viktor Qomesə (CAR) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hesabında 4 xal olan İspaniya millisi qrupa liderlik edir. Yaponiya və Kosta-Rika milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Almaniyanın isə aktivində 1 xal var.
F qrupu çərçivəsində isə Kanada – Mərakeş və Xorvatiya – Belçika matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Al-Tumama” stadionunda keçiriləcək Kanada – Mərakeş matçı braziliyalı hakim Rafael Klaus idarə edəcək. “Əhməd ibn Əli” stadionunda təşkil olunacaq digər oyun isə İngiltərədən olan hakim Entoni Teylora tapşırılıb.
Xorvatiya və Mərakeş milliləri 4 xalla turnir cədvəlində ilk iki pillədə yer alıblar. Belçika 3 xalla üçüncü, hələ xal qazana bilməyən Kanada isə sonuncudur.
Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina və Polşa yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts