Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Tokio, 10 mart , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
AJMEDIA xəbər verir ki, turun açılış matçında “Kəpəz” klubu Gəncədə “Zirə”ni qəbul edəcək. “Zirə” hazırda 36 xalla turnir cədvəlində dördüncü, aktivində 20 xal olan “Kəpəz” isə səkkizinci pillədə qərarlaşıb.
Günün digər qarşılaşmasında “Sumqayıt” komandası “Sabah”ın qonağı olacaq. “Sabah” klubu 56 xalla turnir cədvəlində ikincidir. “Sumqayıt” isə 21 xalla yeddinci sırada yer alıb.
Qeyd edək ki, turun digər oyunları – “Turan Tovuz” – “Qəbələ”, “Qarabağ” – “Səbail” martın 11-də, “Şamaxı” – “Neftçi” isə ayın 12-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts