Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək

Tokio, 5 noyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək.
AJMEDIA xəbər verir ki, günün ilk matçında “Qəbələ” klubu “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla dördüncü, “Qəbələ” isə 17 xalla 5-ci pillədə qərarlaşıb.
Günün digər oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Bakı təmsilçisi 25 xalla üçüncü, “Sumqayıt” isə 4 xalla sonuncu – onuncudur.
Tura noyabrın 6-da keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.
Ötən gün turun ilk oyununda “Turan Tovuz” komandası “Şamaxı”nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlinə 33 xalla “Qarabağ” başçılıq edir. “Sabah” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts