Bu gün Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində növbəti oyun keçiriləcək

Tokio, 17 sentyabr , /AJMEDIA/

Bu gün Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində növbəti oyun keçiriləcək.
AJMEDIA xəbər verir ki, “Qəbələ” klubu “Sumqayıt”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Hazırda “Qəbələ” 9 xalla turnir cədvəlində 6-cı, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts