Site icon AJMEDIA Azərbaycanca

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Tokio, 29 noyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
AJMEDIA xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” klubu “Sabah”ı qəbul edəcək. Bakı təmsilçisi 35 xalla turnir cədvəlində ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb.
Tura “Sumqayıt”-“Qəbələ” görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu – 10-cu, “Qəbələ” 20 xalla beşinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” “Şamaxı” ilə heç-heçə edib – 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib – 0:0.

Exit mobile version