Britaniyanın Baş naziri Ukraynaya hərbi yardımın artırılmasını istisna etmir

Tokio, 28 noyabr , /AJMEDIA/

Böyük Britaniyanın Baş naziri Rişi Sunak, ölkə rəhbərliyinin dəyişməsinə baxmayaraq, Londonun Ukraynanı dəstəkləmək öhdəliyinə sadiq olduğunu və Kiyevə hərbi yardımın saxlanmasını, hətta artırılmasını elan etmək niyyətindədir.
AJMEDIA The Guardian nəşrinə istinadla xəbər verir ki, Rişi Sunak bu fikirləri noyabrın 28-i axşamı Londonda biznes liderləri və diplomatlarla görüşdə səsləndirəcək. Qəzet onun çıxışından bir parçanı sitat gətirib: “Şübhəniz olmasın. Biz Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik. Gələn il hərbi yardımımızı saxlayacaq və ya artıracağıq… Ukraynanı müdafiə edərkən biz özümüzü müdafiə edirik”.
The Guardian yazır ki, bu çıxış Rişi Sunakın Baş nazir vəzifəsinə başlamasından sonra xarici siyasətə dair ilk çıxışı olacaq.
Noyabrın 19-da Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Rişi Sunak Londonun Ukraynaya 125 zenit topu, həmçinin hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika verəcəyini elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts